(c)Piet Modrian |
Amma sonra o acı həqiqət yüzünə buz kimi
çırpılır. Sən, bir başqası üçün axıb keçən təsvirlər içində ən adi
birisən. Uzaq dağlardakı naməlum xallardan, - ağac, kol yoxsa gizli və sirli
bir xəzinənin qapısı olduğunun nə fərqi var,- sənin də bir
fərqin yoxdu. Fərqinə varılmağına layiq olacaq qədər nə etdiyini
düşünürsən? Bir şey etməyinmi edə bilməməyinmi yaxud da sənin mütləq
varlığındır səni bənzərsiz edən? Başqası üçün "bir başqası" olmağınla
razılaşa bilərsən?
Sən nəyin ya da kimin
fərqinə varırsan ki, hələ özündə buna ümid edirsən?
Yol kənarında, kol-kos arasında itmiş, tozlu, cılız
budaqları olan bir ağacsan sən. İncə budaqların küləklə bir o yana
bir bu yana yellənir bütün gün. “Mənə fikir verəcək bir kimsə yoxdu?”
deyə şikayət edə bilərsən amma heç kim səni görmür. Hər kəs yanından
gəlib keçir, hər kəs özüylə, öz varlığıyla maraqlanır. Yol kənarındakı
dəyərsiz bir ağac kimin nəyinə lazımdı axı?
Əgər bir gün… Ayaqların səni bir bağçaya aparsa,
getdiyin yola yaxın bir yerdə deyil, heç kimin, işsiz gücsüz bir
dəlinin belə fərqinə varma ehtimalı olmayan bir yerdə olan cılız
bir ağaca yaxınlaşıb, o zibil kimi budaqlarından birini tutub… sanki səni
eşidəcəkmiş kimi ona pıçıldasan:
"Səni mən gördüm, fərqinə vardım… Mən, sənin
fərqindəyəm…"
Qitələri kəşf etmiş bir səyyah ya da buz kimi
bir havada səhərə qədər teleskopunun başında oturmuş, uzaqlardakı bir
qalaktikanı ilk dəfə görən bir
astronom qədər bəxtəvər biri olarsan məncə. Bax elə o an… sən də kiminsə səni fərqinə varmasına
layiq olacaqsan)))