|
(c)Piet Modrian
|
Sürətlə gedən bir avtomobilin şüşəsindən çölə baxırsan. Hər
şey gözlərinin qarşısından axıb keçir. Göz bəbəklərin gördüklərini izləməyə çalışmaqdan
yorulub. Yolun iki yanında meyvə bağları var. Tək-tük evlər… Uzaqlara
baxdıqca solğun rəngli təpələri, dağları görürsən. Dağların üzərində də xal
xal nöqtələri. Başını şüşəyə söyküyüb eləcə baxırsan. Yolun kənarında
gedən yaşlı adam sənin oradan keçdiyini bilmir. Həm bilsə nə olacaq
ki? Zaman zaman xəyallar qurursan. Elə bu dəqiqə, bu an, bu avtobusda, bu
dərsdə, bu şəhərdə… Başqalarının sənin ən yaxşı, ən ağıllı, ən
gözəl adam olduğunu düşünsünlər istəyirsən. "Əgər bilsədilər"
deyirsən…