Sunday, 16 March 2014

Necə?

Necə olur ki, Jurnalist, həkim, ölkədə ilk disko klubun yaradıcısı Çingiz Mustafayevin Vahid Mustafayev kimi qardaşı var?! Ya bəlkə Çingizi bizə belə təqdim ediblər? Əslində o elə biri deyildi? Yəni, iki qardaş biri-birindən bu qədərmi fərqlənə bilər?!

Ümumiyyətlə, 80-lərin sonu Azərbaycan üçün gözəl dəyişikliklər ifadə edirmiş kimi gəlirdi mənə. Gözəl dəyişiklik deyəndə, modernləşməni, yenilikçiliyi, demokratikləşməni deyirəm.

Əfsanə "Yuxu", "Ozan"...

O sınma nöqtəsi nə idi? Qarabağ müharibəsinin başlanması? Elçibəyin “qaçması”? Axı nə oldu ki, əsası qoyulmuş bir şey məhv oldu? Həmin illərdə meydana çıxan insanlar birdən birə qeyb oldu? 




Sunday, 1 July 2012

Bir dəqiqə durun və düşünün


İndi bir dəqiqə durun və düşünün, həyata nə qədər hakimik? 


İyirmi dörd saat içində tam fərqli əhval-ruhiyyə. Səhər qalxarkən mız miz uşaq, köynəyi geyib masaya oturarkən da böyük bir adam. Günorta yeməyində üsyankar şəxsiyyət, fasilə saatında isə azad bir insan. Məktəb də dərs və imtahanlarla boğuşan minlərlə uşaq və gənc. Hədəflər, xəyallar, istəklər....istəklər. Yorğunluqlar arasında özünə zaman ayırmağı unudub köhnəlməyə üz tutmuş insanlar. Bəzən özünü robot kimi hiss etdirən anlar.


Wednesday, 20 June 2012

Nöqtə qədər dəyər


(c)Piet Modrian

Sürətlə gedən bir avtomobilin şüşəsindən çölə baxırsan. Hər şey gözlərinin qarşısından axıb keçir. Göz bəbəklərin gördüklərini izləməyə çalışmaqdan yorulub. Yolun iki yanında meyvə bağları var. Tək-tük evlər… Uzaqlara baxdıqca solğun rəngli təpələri, dağları görürsən. Dağların üzərində də xal xal nöqtələri. Başını şüşəyə söyküyüb eləcə baxırsan. Yolun kənarında gedən yaşlı adam sənin oradan keçdiyini bilmir. Həm bilsə nə olacaq ki? Zaman zaman xəyallar qurursan. Elə bu dəqiqə, bu an, bu avtobusda, bu dərsdə, bu şəhərdə… Başqalarının sənin ən yaxşı, ən ağıllı, ən gözəl adam olduğunu düşünsünlər istəyirsən. "Əgər bilsədilər" deyirsən…